İtaliyanın Lampeduza adası yaxınlığında miqrant qayığından 8 nəfərin cəsədi çıxarılıb. Mühacirlərin aclıqdan və soyuqdan ölmüş ola biləcəyi bildirilib.
QHT.az xəbər verir ki, Mərkəzi Aralıq dənizində immiqrasiya dramı davam edir. İtaliyada sahil mühafizə gəmisi Malta axtarış-xilasetmə zonasında Miqrant Boat üçün xilasetmə əməliyyatı həyata keçirib. Qayıqda olan 42 nəfər xilas edilərkən, 3-ü qadın, 5-i kişi olmaqla 8 nəfərin cəsədi tapılıb. Bildirilib ki, immiqrantlar aclıq və soyuqdan ölüblər. Miqrant qayığı sahil mühafizəsi tərəfindən İtaliya ilə Şimali Afrika arasında yerləşən Lampeduza adasına gətirilib.
Lampedusa Bələdiyyə Başçısı Filippo Mannino, "Baş nazir Giorgia Meloni-yə müraciət edirəm. Hökumət bu böyük faciənin idarə olunmasında bizi tək buraxmamalıdır. Bizə kömək edin, belə idarə edə bilmərik" dedi.












