Kanadanın ucqar şimalındakı ən böyük şəhərlərdən biri, həftə sonuna qədər meşə yanğınının onu bürüyə biləcəyi xəbərdarlığı fonunda boşaldılır.
QHT.az xəbər verir ki, Şimal-Qərb Bölgələrinin paytaxtı Yellounayf şəhərinin 20,000 sakininə şəhəri tərk etmək üçün vaxt verilib. Yanğının mərkəzi şəhərdən 17 km aralıda olub. Daha bir yanğın Hay River icmasını təhdid edir. 200-dən çox meşə yanğını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Bu həftənin əvvəlində əsən güclü külək nəticəsində yanğın bir neçə saat ərzində 30 km genişlənərək şəhərdən çıxan yeganə iki magistral yolu kəsib. Hay çayından gələn yol “etibarsızdır” və şəhərin ərzaq və benzin ehtiyatı tükənir.
Qeyd edək ki, ucqar rayonlarda telefon və internet xidmətləri də kəsilib.
Pərvanə Fərhadqızı












