Avqustun 15-i axşam saatlarında Ukraynada zəlzələ baş verib.
QHT.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, Zakarpatiyada 2,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri Ujqorod şəhərindən 23 kilometr şərqdə, 3 kilometr dərinlikdə yerləşib.
"Təsnifə görə, zəlzələ çətinliklə hiss edilən zəlzələ kimi təsnif edilir. Dalğalanmaları yalnız qapalı məkanlarda, xüsusən də yuxarı mərtəbələrdə sakit vəziyyətdə olan şəxslər hiss edirlər. Bu zəlzələ Ukraynanın əhalisi və kritik infrastrukturu üçün təhlükə yaratmır. ", - ekspertlər bildirib.
Qeyd olunur ki, bu, son bir həftədə Zakarpatiyada baş verən ikinci zəlzələdir. Bundan əvvəl avqustun 10-da 2,4 bal gücündə zəlzələ qeydə alınmışdı.
Pərvanə Fərhadqızı












