Keniyada bir sıra qeyri-hökumət təşkilatları Prezident Uilyam Rutonun xaricilərə məxsus kiçik bizneslərlə bağlı göstərişini tənqid edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Ruto sentyabrın 2-də bildirib ki, səyyar satış və kiçik pərakəndə ticarət kimi sahələrdə fəaliyyət göstərən xarici vətəndaşların biznesləri bağlana bilər. Qərarın icrasına 7 sentyabr 2026-cı ildən başlanması nəzərdə tutulub.
QHT-lər isə xəbərdarlıq ediblər ki, göstərişin ayrı-seçkiliklə tətbiqi miqrantlara, qaçqınlara və sığınacaq axtaran şəxslərə qarşı təzyiq, təqib və hətta zorakılıq riskini artıra bilər. Bəyanatı imzalayan təşkilatlar arasında Kituo Cha Sheria, The Legal Caravan, International Rescue Committee, Refugee Legal Networks, Migration Pulse Hub, Jesuit Refugee Service Kenya və RefuSHE də var.
Təşkilatlar bildiriblər ki, qeyri-qanuni və ayrı-seçkilik xarakterli tətbiq Keniyanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə zidd ola bilər. Onlar hökuməti qərarı geri götürməyə və onun hüquqi çərçivəsini aydın şəkildə izah etməyə çağırıblar.
Məsələ ilə bağlı əlavə olaraq, Keniyanın xarici işlər üzrə dövlət katibi Korir Sing’oei sentyabrın 6-da bildirib ki, lazımi iş icazəsi və lisenziyaları olan xarici sahibkarların ölkədə fəaliyyət göstərmək hüququ qorunur və prezidentin sözlərinin kontekstdən çıxarıldığını deyib.












