Şimali Kipr Türk Cümhuriyyətindən olan “Kıbrıs Türk” qəzetinin Azərbaycan üzrə nümayəndəsi Serdar Serderan Şengül QHT.az platformasının qonağı olub.

QHT.az xəbər verir ki, görüş zamanı türk dövlətləri arasında QHT və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

QHT.az-ın rəhbəri Cəsarət Hüseynzadə qonağa “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin fəaliyyəti, eləcə də birliyin mühüm layihələri olan QHT.az, https://www.ictimaishura.az/ və Qərbi Azərbaycan İrsi (qerbiazerbaycanirsi.az) platformaları barədə ətraflı məlumat verib.

Eyni zamanda Serdar Serderan Şengül ilə birgə layihələr çərçivəsində əməkdaşlıq imkanlarını da müzakirə etdik.