Bu gün “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az platformasının qonağı olub.

QHT.az xəbər verir ki, görüş zamanı vətəndaş cəmiyyətinin institutlarının fəaliyyəti və  QHT - media münasibətləri müzakirə edilib. Tərəflər QHT.az platforması ilə “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi, informasiya dəstəyi göstərilməsi və birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılığa gəliblər.