Bu gün “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova QHT.az platformasının qonağı olub.

QHT.az xəbər verir ki, görüş zamanı QHT.az-ın rəhbəri Cəsarət Hüseynzadə şəhid ailələrinin sosial müdafiəsi, vətəndaş cəmiyyəti institutlarının bu sahədə rolu və həssas sahədə fəaliyyət göstərən QHT-lərə dəstəyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova dövlətin şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərdiyini qeyd edib. O, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini, həmçinin vətəndaş cəmiyyəti institutlarının da bu prosesdə fəal iştirakının vacibliyini bildirib.

Tərəflər QHT.az platforması ilə “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi, informasiya dəstəyi və birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılıq əldə ediblər.