CHP-nin İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini Onursal Adıgözəl partiyadakı vəzifəsindən istefa verib.
QHT. az Axar.az-a istinadən xəbər verir ki, Adıgözəl bununla bağlı Tvitter hesabında məlumat yayıb.
“Namizədimiz və birlikdə olmaqdan şərəf duyduğum sədrimiz cənab Kamal Kılıçdaroğlunun seçki prosesinə xələl gətirməmək üçün 2018-ci ildən işlədiyim CHP İnformasiya və Kommunikasiya Texnologiyaları məsələləri üzrə sədr müavini vəzifəsindən istefa verirəm”, - Adıgözəl bildirib.












