“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı “Həbsxanalarda Sağlamlığa dair 1-ci Ümumdünya Konfransı”nda iştirak etmək üçün Cenevrəyə yola düşüb.
Elçin Muxtarlı QHT.az-a açıqlamasında bildirib ki, 27 -29 iyun tarixində Cenevrə şəhərində keçiriləсək “Həbsxanalarda Sağlamlığa dair 1-ci Ümumdünya Konfransı” cəzaçəkmə yerlərində çalışan səhiyyə işçiləri və menecerləri və bir sıra müvafiq fənlərdən olan akademikləri öz təcrübələrini, çətinliklərini, öyrəndikləri dərsləri və tədqiqatları bölüşmək və bütövlükdə qarşılıqlı yardım göstərmək üçün platforma təqdim etmək məqsədi ilə keçirilir.
Elçin Muxtarlı səfərli zamanı iyulun 1-də Cenevrədə Global Fond, STOP TB Partnership, UNOPS və Ədliyyə Nazirliyinin birgə təşkil etdiyi “AZƏRBAYCAN: Həbsxanalardan başlayaraq vərəmə qarşı model reaksiya necə hazırlanmalıdır” tədbirində də iştirak edəcək.
Koalisiya rəhbəri həmin tədbirdə “Həbsxanalarda vərəmə qarşı mübarizədə VCT-lərin mühüm rolu və bütün ölkə üzrə daha da genişləndirilməsi. Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edəcək.












