Ozon təbəqəsi Yerdəki həyatı zərərli ultrabənövşəyi radiasiyadan qoruyur.
QHT.az xəbər verir ki, Sürixdəki Federal Texnologiya İnstitutunun fiziki Sandro Vattioni bildirib ki, kosmosa raket buraxılışlarının artması Yerin ozon təbəqəsinin bərpasını ləngidə bilər. O, bu problemin hələ də lazımi səviyyədə qiymətləndirilmədiyini vurğulayıb. Fizikin sözlərinə görə, raketlər atmosferin orta təbəqəsinə xlor və his hissəcikləri kimi çirkləndiricilər buraxaraq ozon təbəqəsinə zərər verir. Halbuki bu təbəqə Yerdəki həyatı zərərli ultrabənövşəyi radiasiyadan qoruyur.
Mütəxəssislər qeyd edir ki, əgər illik raket buraxılışlarının sayı indiki artım tempi ilə davam edərsə, 2030-cu ilə qədər ozon təbəqəsində 4%-ə qədər azalma baş verə bilər: "Yalnız maye oksigen və hidrogendən istifadə edən kriogen raket sistemləri ozon təbəqəsinə minimal təsir göstərir, lakin bu texnologiya hazırda buraxılışların yalnız 6%-ində tətbiq olunur".
R.İmanov












