Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, vətəndaşın təqdim etdiyi sənədlərlə dövlət torpaq kadastrındakı məlumatlar uyğun gəlmədikdə, qeydiyyat orqanı 15 iş günü ərzində araşdırma aparacaq.

QHT.az xəbər verir ki, bu barədə depuat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, əgər təqdim olunan sənədlərin doğruluğu təsdiqlənərsə, əmlak qeydiyyata alınacaq və dövlət bazasında düzəliş ediləcək:

"Bütövlükdə, yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmət edəcək. Bu həmçinin, mülkiyyət hüquqların tanınması və qorunması baxımdan da vacibdir".

 

Pərvanə Fərhadqızı