“Bank ombudsmanına müraciətlərin sayında azalmalar var. Düşünürəm ki, müraciətlərin sayının araşdırılıb, azaldılmasına ehtiyac var. Çünki əgər 2022-ci ildə bütövlükdə problemli kreditlərin həcmi 533 milyon manat, 35 müraciət olubsa, vətəndaşların bank ombudsmanı ilə bağlı məlumatı yüksək deyil, ya da problemlərin yalnız məhkəmə yolu ilə həllinə üstünlük verirlər. Statistika göstərir ki, bu problemlərin böyük bir qismi məhkəməyə çatana qədər həll oluna bilmir.
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.
Milli Məclisin deputatı həmçinin qeyd edib ki, 2023-cü ilin 5 ayında Azərbaycanda bankların cəmi kredit portfeli 20 milyard 659 milyon manat təşkil edib: "Həmin kredit portfelinin 15 milyard 737 milyon manatı Bakı şəhərinin payına düşür. Kammersiya Banklarının təqdim etdiyi kreditlərin 76 % -indən çoxu Bakıl şəhərinin payına düşür. Abşeronda 8 milyon artıq kredit verilir, deməli kreditlərin 80 % -indən çoxu Bakı və Abşeronun payına düşür. Bunlar vacib rəqəmdir, araşdırılmasına ehtiyac var. Regionlarda fəaliyyət göstərən vətəndaşların kreditlərinin bu baxımından əlçatanlığının aşağı olmasıdır. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb. Mayın 31-də bankların ümumi kredit portfeli 20 milyard 659 milyon 269 min manat təşkil edib. Biznes kreditləri portfeli 11 milyard 170 milyon 805 min manata, istehlak kreditləri portfeli 6 milyard 224 milyon 527 min manata, ipoteka kreditləri portfeli isə 3 milyard 263 milyon 957 min manata yüksəlib".
Pərvanə Fərhadqızı












