Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Sahibkar Qadınların Milli İnkişaf Strategiyası" adlı layihə çərçivəsində 10-cu "Sahibkar Qadın İcması" yaradılıb. Layihənin icra planına uyğun olaraq 10 sahibkar qadına fərdi "Biznes-Planlar" hazırlanıb.

QHT.az xəbər verir ki, hazırlanan biznes planları təlimdə iştirak edən qadınların məşğuliyyət sahələrinə uyğun olaraq kənd təsərrüfatı, heyvandarlıq, narçılıq, un məmulatları istehsalı və çilingər-qaynaqçı peşələri kimi sahələri əhatə edib. Bu planlar ölkə iqtisadiyyatının inkişafına töhfə vermək üçün qadınlara yaradılan fürsətlər və imkanlar baxımından yüksək qiymətləndirilib.

Tədbir çərçivəsində sahibkar qadınlar üçün faydalı olacaq stolüstü "Sahibkar Qadın Portreti" kitabı iştirakçılara təqdim olunub. Müzakirələr zamanı strategiyanın geniş spektrdə nəzərdən keçirildiyi və gələcəkdə təkliflərə açıq olduğu vurğulanıb.

Layihə, sahibkar qadınların iqtisadiyyatda aktiv iştirakı və inkişafına dəstək vermək məqsədi daşıyır.

Fotolar