Dövlət qeydiyyatına alınmış Masallı 1 saylı mediasiya təşkilatının Mediasiya Şurası üzvlüyünə qəbulu ilə bağlı məsələyə 30 avqust 2023-cü il tarixində keçirilən Mediasiya Şurasının İdarə Heyətinin iclasında baxılıb.

 

Belə ki, İdarə Heyətinin yekdil qərarı ilə Masallı 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.

 

Vətəndaşlar artıq Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı və Neftçala rayonları üzrə mübahisələrdə Masallı 1 saylı mediasiya təşkilatına müraciət edə biləcəklər.

 

Masallı 1 saylı mediasiya təşkilatının məlumatları:

 

Təşkilatın rəhbəri: Səmədov Xanhüseyn Xanlar oğlu

 

Ünvan: Masallı rayonu, Ərkivan qəsəbəsi, Məhəmməd Füzuli küç., ev 222

 

Email: [email protected]

 

Tel: +994 50 616 92 44; +994 55 691 42 44