Masallı pəhləvanı erməni rəqibinə 7:0 hesabıyla qalib gəlib

Avqustun 14-dən 20-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı keçirilir. 
Yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutub. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 10 nəfərlik heyət ölkəmizi təmsil edir.
Dünya birinciliyndə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəfər Əliyev ermənistanlı Xaçatur Xaçatryana 7:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib.
Masallı güləş məktəbinin yetirməsinə növbəti mərhələdə uğurlar arzulayırıq.

Akif AĞAYEV