“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində keçirilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə Zəngilan rayonundan başlanılıb. Yay məktəbində 47 şagird iştirak edib. 

Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, kodlaşdırma, robototexnika, ilkin sahibkarlıq anlayışları, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.

Təhsil avtobusu Ağalı kəndindən sonra Laçına səfər edəcək. 

Qeyd edək ki, layihə çərçivəsində Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə səfər ediləcək. Layihəyə 300-dən çox şagird cəlb olunub.