“Bəziləri Azərbaycan təhsilində aparılan islahatların müsbət nəticələrini təhlil etmədən ancaq problemlərdən danışır, qəbulla əlaqadar balların aşağı düşməsi, qəbul yerlərinin boş qalacağını proqnozlaşdırırlar”.
Bu sözləri Ümid Sosial İnkişafa dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov QHT.az- a bildirib. O, qeyd edib ki, kolleclərə ümumi orta təhsil bazasından- 9- cu sinifdən qəbul prosesinin 1- ci mərhələsi başa çatıb: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə ümumi orta təhsil bazasından - 9- cu sinifdən 630 nəfər plan - proqnoz nəzərdə itutulub. Qəbulun 1-ci turunda 627 nəfər Kolleci seçib, cəmi 3 yer - İnklüziv təhsil ixtisasından rus bölməsi dövlət hesablı boş qalıb. Bu cür az sayda boş qalan yerlər isə adətən 2- ci mərhələdə tamamilə dolur. Bu proqnozun 99.53 %- ni təşkil edir. Qəbul olunanlardan 345 nəfəri ödənişli, 280 nəfəri dövlət hesabına təhsli alacaq. Ən yüksək qəbul balı 234,1- dir, 5 nəfər 200-dən, 84 nəfər 150- dən çox bal toplayıb. Bu göstəriciləri təhsilimizdə aparılan islahatların, Universitetdə aparılan məqsədyönlü siyasətin nəticəsi hesab etmək olar. Məncə bu cür faktlar təhsildə islahatlara dair qərəzli yanaşmalara ən tutarlı cavabdır”.
Pərvanə Fərhadqızı












