Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mediasiya təşkilatlarının əlaqə vasitələrini Sizlərə təqdim edirik.

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, ailə, əmək, kommersiya və mülki mübahisələrdə Sizə uyğun mediasiya təşkilatını seçərək, müraciət edə bilərsiniz.

Qeyd edək ki, Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı işçi və işəgötürən bir-birinin mövqeyi ilə tanış olur, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanı qazanırlar.

 

Pərvanə Fərhadqızı