Muğan Bank artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Mərkəzi Bankın məlumatına görə, bu bankın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir. Rəqəmlər göstərir ki, Muğan Bankın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil: “Mərkəzi Bankın elan etdiyi rəqəmlər ilə yanaşı Muğan Bankın fəaliyyəti ilə bağlı digər bir sıra göstəririclər də diqqəti cəlb edir. 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə Muğan Bank Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşmamışdı. Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. Muğan Bankın həmin müddətdə aktivləri 18.9 faiz azalıb.
Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub”.
Ekspert həmçinin qeyd edib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir: “Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq”.
Pərvanə Fərhadqızı












