Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransı keçirir.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Tədbirdə layihənin məqsədi, əldə olunan nailiyyətlər, mövcud problemlər və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması tələb olunan məsələlər ətraflı müzakirə olunur.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov konfransda hesabatda işğaldan azad olunmuş ərazilərdəki mina və partlamamış hərbi sursatların yaratdığı problemlər, minaların təmizlənməsi prosesindəki uğurlar və çətinliklər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları və mina qurbanlarının səbəbləri haqqında çıxış edir: "Hadisələrin 66% -i təmas xəttində baş verib. Monitorinqlərin nəticəsinə görə, mina tələlərinə çox rast gəlinir. Xüsusən də Xankəndi şəhəri xüsusilə seçilir. Dövlət sərhədlərində mina problemlərinə gəlincə, burada minaya düşmə qeydə alınmayıb".

 

Pərvanə Fərhadqızı