Hadisə şahidləri "Moskva Siti" biznes mərkəzi yaxınlığında pilotsuz uçan aparatın partlayış anını lentə alıblar.
QHT.az xəbər verir ki, kadrlarda yüksək səs müşayiət olunur. Bundan sonra hadisə yerindən tüstü qalxır, yaxınlıqdakı avtomobillərdə həyəcan siqnalları işə düşür.

Moskva şəhərinin meri Sergey Sobyaninin sözlərinə görə, pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Təyyarənin qalıqları Krasnopresnenskaya sahilindəki Expocentre yaxınlığında yerə düşüb. Hazırda qəza yerində təcili yardım xidmətləri işləyir. Ölən və yaralananlar olmayıb.

 

Pərvanə Fərhadqızı