Finlandiya və Estoniya bu gün Rusiya şirkətlərinə məxsus üç təyyarənin pis hava şəraiti ilə əlaqədar öz hava məkanını keçməsinə icazə verib.
QHT.az xəbər verir ki, söhbət “Rusiya”, “Ural Hava Yolları” və “Şimal küləyi” aviaşirkətlərinin təyyarələrindən gedir. Qeyd olunur ki, bu ölkələrin aeronaviqasiya xidmətləri Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin regional mərkəzi ilə birlikdə gəmilərə təhlükəsiz texniki qulluq göstərib. Federal Hava Nəqliyyatı Agentliyi onlara köməyə görə təşəkkür edib və lazım gələrsə, xarici təyyarələrin təhlükəsiz hərəkətini təmin etməyə hazır olduqlarını təsdiqləyib.
Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Avropa İttifaqı səmalarını Rusiya təyyarələrinin üzünə tamamilə bağlamışdı. Rusiya cavab olaraq bu ölkələrin təyyarələrinin öz hava məkanında uçuşunu qadağan edib.
Pərvanə Fərhadqızı












