Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb.
QHT. az Kult.az-a istinadən xəbər verir ki, ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş olunur.
Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini təqdim ediblər.
Sərginin açılışında çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Vasili Sereteli incəsənətin ölkələr və xalqlar arasında birləşdirici rolundan danışıblar.












