İnsanlar adətən mövsümi allergiyanı asqırma ilə əlaqələndirirlər, lakin asqırma allergiyanın ilk əlaməti deyil. Mövsümi allergiyanın simptomlarına burun axması, burun tutulması, burun, qulaq və boğazda qaşınma daxildir.
QHT.az xəbər verir ki, bahar mövsümi allergiyanın kəskinləşməsi vaxtıdır. Qrip və mövsümi allergiyanın simptomları olduqca oxşardır, bu da insanlar arasında tez-tez çaşqınlıq yaradır. Mövsümi allergiyanı tam müalicə etmək mümkün deyil, allergiya xəstələri daim simptomların görünməsinə müvəqqəti mane olan həblər qəbul etməli olurlar. İllər keçdikcə orqanizm özünü tənzimləyir və ya əksinə - allergiya daha da mürəkkəbləşir və başqa bir xəstəliyə çevrilir.
Allerqoloqlar məsləhət görür ki, simptomlar görünsə, həkimə müraciət edin və onun təyin etdiyi dərmanları qəbul edin ki, bu da simptomlardan müvəqqəti olaraq xilas olmağa imkan verəcək. Həkimlərin sözlərinə görə, qidalanma heç bir şəkildə mövsümi allergiyanın şiddətlənməsinə təsir göstərə bilməz, lakin hər halda o, tozcuqları allergiyaya səbəb ola bilən meyvələrdən istifadə etməməyi məsləhət görürlər.
Pərvanə Fərhadqızı












