Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli müəllimlərin əməkhaqqısının artırılmasının artıq seçim deyil, zərurət olduğunu bildirib.
QHT.az xəbər verir ki, o, nazir Emin Əmrullayevin mövqeyinə istinad edərək qeyd edib ki, “Müəllimin maaşı ölkədə orta aylıq əməkhaqqının iki mislindən az olmamalıdır.”
Ekspert vurğulayıb ki, yüksək əməkhaqqı güclü müəllim və güclü cəmiyyət deməkdir:
"Maaşın artırılması həm təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm də müəllimlərin sosial rifahına ciddi təsir göstərir".
Əmrah Həsənli bu fikirləri APA TV-nin “İmpuls” verilişində səsləndirib. O, yeni müəllim modeli, təhsildə gözlənilən dəyişikliklər, dərs yükü, əməkhaqqı və yeni sistemin yaradacağı imkanlarla bağlı ətraflı açıqlamalar verib.
Pərvanə Fərhadqızı












