"Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şuşa İli” ilə bağlı Tədbirlər Planında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr edilmiş və Şuşada keçirilməsi nəzərdə tutulan layihələr üzrə qrant müsabiqəsi elan etməsi nəzərdə tutulub. "
Bu fikirləri QHT.az-a açqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib.
Müşahidə Şurasının üzvü qeyd edib ki, Agentlik Şuşa İli” ilə bağlı Tədbirlər Planın 11-ci bəndi ilə nəzərdə tutulmuş bu tədbirin icrası ilə əlaqədar ehtiyacların və imkanların, təkliflərin öyrənilməsi, həyata keçiriləcək layihələrin daha praktik olması, real töhvə verməsi üçün zəminlərin yaradılması məqsədilə Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun iştirakı ilə Şuşada müzakirələr aparıb.
"Aydın müəllim dövlət başçısının qarşıya qoyduğu vəzifələri, hökumət planlarını bir daha təhlil etdi, vətəndaş cəmiyyətinin mümkün rolu və fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü. Agentliyin, QHT-lərin fəaliyyətinin dövlət orqanlarının fəaliyyəti ilə koordinasiyası imkanları barədə fikirlərini açıqladı.
Agentliyin bu təcrübəsi yeni yanaşma olaraq qrant müsabiqəsi mövzularının optimal olaraq müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir. Milli donor institutu kimi bu müzakirələr və yerli şəraitlə əyani tanışlıq Agentliyə gələcək layihələrin reallaşdırılması imkanlarını düzgün dəyərləndirməyə və planlamaya kömək edir.
Bu yeni yanaşma ən başlıcası dövlət orqanları və QHT-lər arasında əməkdaşlığı gücləndirməyə, onların həlayata keçirəcəyi layihələri dövlət qurumları ilə əlaqləndirməyə əhəmiyyətli töhfə verəcək. Digər vacib məqam həm dövlət qurumlarının, həm də QHT-lərin aktual hesab etdiyi məsələlərlə bağlı uzlaşdırma aparmağa kömək edir. Müzakirələr zamanı bu yanaşmanın, təcrübənin inkişaf etditilməsinin vacibliyi də qeyd edildi."












