Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri aidiyyəti olan QHT rəhbərləri və üzvləri ilə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşləri davam etdirir.

 

QHT.az xəbər verir ki, 23 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli İctimai nəzarət, Açıq hökümət təşəbbüsləri, korrupsiya qarşı mübarizə istiqamətləri  üzrə fəaliyyət göstərən QHT-lərlə onlayn (ZOOM) görüş keçirəcək.

 

Görüşdə yeni yaradlmış Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə məlumat veriləcək, həmçinin, görüşdə iştirak edən QHT-lərin əsas problemləri, gözləntiləri və gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları barədə fikir mübadiləsi aparılacaq. 

 

Zoom görüşündə iştirak etmək istəyənlərdən [email protected] ünvanına yazmaqları xahiş olunur.