Mediasiya Şurası İdarə Heyətinin Sədri Nadir Adilov:

"QHT.az saytını 9 yaşı olması münasibəti ilə Azərbaycan Respublikasının Mediasiya Şurası adından təbrik edirəm.

QHT.az hər zaman Mediasiya Şurasının fəaliyyətinə təmənnasız və böyük dəstək göstərib. QHT.az saytı hər zaman vətındaş nəzarətinin, şəffaflığın təmin olunmasında böyük rola malikdir. Vətəndaş cəmiyyəti təsissatları, eyni zamanda dövlət qurumları və sosial təsissatlar arasında körpülərun qurulmasında ixtisaslaşmış sayt kimi qht.az-ın böyük rolu var.

Saytın rəhbərliyi və əməkdaşlarına, bizim fəaliyyətə göstərdikləri diqqətə və dəstəyə görə xüsusi təşəkkür edirəm. 9 yaşınızı təbrik edirəm. İxtisaslaşmış sayt olaraq sizlərin fəaliyyəti ilə qürur duyuruq.