“Narkomaniyaya və erkən nikaha yox deyək!” – Masallıda tədbir
Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində təşkil olunan tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polkovnik Azay Ağayev, Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Tofiq Şahmarov, məktəbin direktoru Taleh Əkbərov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda məişət zorakılığı, əmək istismarı, erkən nikahların, yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın, eləcə də digər zərərli vərdişlərin qarşısının alınması yönümündə mübarizə tədbirləri barədə danışılıb, təklif və tövsiyələr səsləndirilib.
Mövzu ilə bağlı videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV












