UNEC rektoru, professor Ədalət Muradov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyətilə UNEC-də keçirilən görüş barədə məlumat verib. Görüşdə, İdarə Heyətinin Sədri hörmətli Sadiq Əliyev başda olmaqla, Karyera Mərkəzlərinin işinin müasir tələblərə uyğun qurulması, əmək yarmarkalarının əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.
QHT.az xəbər verir ki, həmçinin sertifikatları verən təsisatların akkreditasiyası və tanınması, tələbələrin yumşaq bacarıqlarının formalaşdırılması istiqamətində birgə fəaliyyət imkanları da nəzərdən keçirilib. Görüşün sonunda UNEC Karyera Mərkəzi nümayəndə heyətinə təqdim olunub.
Professor Ədalət Muradov, UNEC-ə göstərdiyi diqqət və dəstəyə görə Sadiq Əliyev və onun komandasına minnətdarlığını bildirib.
Pərvanə Fərhadqızı












