NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə keçiriləcək sammitdə NATO ölkələrinin müdafiə xərclərini artırmağa və bu sahəyə ÜDM-in ən azı 2%-ni xərcləməyə razılaşacağına ümid etdiyini bildirib.
QHT.az xəbər verir ki, o, ittifaq ölkələrinin Vilnüsdə verməyi planlaşdırdıqları vədin hədəf kimi deyil, 2%-ə gəldikdə iddialı olacağını gözləyir. O vurğulayıb ki, minimum ÜDM-in 2%-i ilə bağlı söhbət müzakirə olunacaq, həmçinin bütün NATO-ya üzv dövlətlərdən bu öhdəlikləri yerinə yetirməsini gözləyir.
Pərvanə Fərhadqızı












