Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko 47 yaşında vəfat edib.
Məmurun ölüm səbəbi məlum deyil.
QHT.az xəbər verir ki, Aleksey 11 may 1977-ci ildə Minskdə anadan olub. 2000-2001- ci illərdə Nəqliyyat və Rabitə Nazirliyində Avtomobil Yolları Komitəsinin yol istismarı idarəsində baş mütəxəssisi, Nəqliyyat və Rabitə Nazirliyinin Belavtodorda yol istismarı şöbəsinin baş mütəxəssisi, 2001-2006-cı illərdə Belarus Nazirlər Soveti Aparatında baş mütəxəssis, rəis müavini və nəqliyyat, rabitə və informasiyalaşdırma şöbəsinin müdiri, 2016-cı ildən Belarus nəqliyyat və rabitə nazirinin birinci müavini, Belarus Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli 23 nömrəli fərmanı ilə A.Avramenko nəqliyyat və rabitə naziri təyin edilib.
Pərvanə Fərhadqızı












