Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanvermə aksiyası keçirilib. Anım Gününə həsr olunmuş aksiya hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi daşıyıb.

 

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.

 

Götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq