Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul vəzifəli nümayəndələri-Nazir Müavini Anar Əliyev, Nazirliyin Departament Rəhbəri Fazil Talıbov və Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Rəhbəri Vüqar Behbudovla İctimai Şuranın ûzvləri arasında qeyri-rəsmi görüş keçirilib.
QHT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov məlumat verib. 5 saata yaxın davam edən çox səmimi, eyni zamanda, məzmunlu keçən görüşdə 2023-cü ildə sosial sahədə, o cümlədən birlikdə görülmüş iṣləri, 2024-cü il üçün əməkdaşlıqların perspektiv istiqamətlərini müzakirə edildiyini bildirən QHT sədri düşünür ki, bu görüş bir daha göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu Nazirlik yanında fəaliyyət göstərən İctimai Şura arasında uğurlu, optimal əməkdaşlıq modeli və platforması qurulub: “Bu, zənnimcə, ölkədə həyata keçirilən sosial siyasətin effektivliyinə önəmli dəstək verir”.
Pərvanə Fərhadqızı












