Hüquq müdafiəçiləri Amnistiya aktı təklifini müzakirə etdilər.

 

Bu gün  Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun təşəbbüsü ilə hüquqmüdafiəçiləri, hüquqşünaslar iştirak etdiyi Zoom konfrans keçirilib.

 

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar amnistiya elan edilməsitəşəbbüsünün müzakirəsinə həsr olunmuş konfrans zamanı ölkədəfəaliyyət göstərən hüquq müdafiə təşkilatı və hüquqşünaslarınfikirləri dinlənilib.

 

D.Əliyeva adına QDMC-nin sədri Novella Cəfəroğlu tədbiri açıq elanedərək Zəfər gününün Azərbaycan xalqı üçün müstəsna tarixi əhəmiyyətinəzərə alınaraq humanist addım kimi amnistiya aktının qəbul olunmasıtəşəbbüsünü böyük hadisə adlandırıb.

 

Cəfəroğlu qeyd edib ki, “Amnistiya aktının əsasən, Vətən müharibəsində və ölkənin ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüşəməliyyatlarında iştirak etmiş, həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltifolunmuş şəxslərin və çoxlu sayda kateqoriyadan olan insanlara şamilolunması qələbə günümüzə ən böyük hədiyyə olacaqdır. İnsanların qələbəsevincini öz ailələri ilə birgə keçirməsi üçün bu aktdan irəli gələnvəzifələrin tezliklə icra olunacaqına ümid edirik”.

 

Çıxış edənlər Hüquqşünas Əsabəli Mustafayev, Bakı İnsan HüquqlarıKlubunun sədri Rəsul Cəfərov, Konstitusiya Araşdırmalar FondununPrezidenti Əliməmməd Nuriyev, QHT Dövlət Dəstəyi Agentliyi MüşahidəŞurasının üzvü Əvəz Həsənov, Beynəlxalq İnsan Hüquqları CəmiyyətiAzərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı, VətəndaşlarınƏmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri SahibMəmmədov, hüquq müdafiəçisi Dilara Əfəndiyeva Amnistiya aktıilə bağlı fikirlərini bildirdilər. 

 

Konfransda həmçinin  “Təmiz” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, hüquq müdafiəçisi Nabat Qəniyeva, Cənub Regional İnsan Hüquqlarının və QHT-lərin İnkişafı Resurs Mərkəzinin rəhbəri Tünzalə Qardaşova da iştirak etmişdir.

 

Tədbir zamanı səslənən fikirlər ümumiləşdirilərək Prezident Administrasiyasına, Milli Məclisə və Əfv Komissiyasına göndəriləcəyi iştirakçıların diqqətinə çatdırıldı.