Ekspertin sözlərinə görə, qəza zamanı təyyarə tam nəzarət altında olub.

QHT.azxəbər verir ki, Aviasiya eksperti David Learmont Jeju Air 7C2216 reysi zamanı qəzanın beton divar səbəbindən ölümlə nəticələndiyini bildirib. Onun fikrincə, divar orada olmasaydı, təyyarə sürüşərək sərnişinlər xilas ola bilərdi. Learmont qeyd edib ki, təyyarə eniş zamanı yaxşı idarə olunurdu və qanadlar düzgün yerləşmişdi. Divara çırpılana qədər vəziyyət nəzarət altında idi. Eniş şassisinin və sürəti azaldan qanadların sıradan çıxmasının səbəbi araşdırılmalıdır. Təyyarənin yüksək sürətlə hərəkət etməsi onun uçuş-enmə zolağının sonuna çatmasına səbəb olub.

Mütəxəssis əlavə edib ki, pilotun ilk eniş cəhdi zamanı eniş şassisinin işlək olub-olmadığı hələ aydın deyil.

 

R.İmanov