Pakistan Meteorologiya İdarəsinin verdiyi açıqlamaya görə, 5,6 bal gücündə zəlzələnin episentri Çitral şəhərindən 37 kilometr qərbdə qeydə alınıb.
QHT.az xəbər verir ki, yerin 190 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində can və ya mal itkisinin olub-olmadığı hələlik bəlli deyil.
Əfqanıstanla sərhədə yaxın bölgədə baş verən zəlzələnin bu ölkədə də hiss olunduğu bildirilir.












