Əvvəlki məlumatlarda da bildirdiyimiz kimi 01 oktyabr 2019 tarixlərindən başlayaraq Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra edilir.
Bütün ölkə ərazisi üzrə tətbiq edilən qarantin qaydalarını nəzərə alaraq xidmətlərin təşkilində də müvafiq dəyişikliklər edilmişdir. Belə ki, xidmətlərin göstərilməsi Sumqayıt şəhərində yerləşən Mərkəzdə həyata keçirilir. Qarantin qaydalarına əsasən yaxın regionlarda yaşayan vətəndaşların bu xidmətlərdən yararlanması mümkün olmur. Bu səbəbdən xidmətlərin telefon vasitəsi ilə internet üzrəindən göstərilməsinə daha çox diqqət ayrılmışdır. 
Aprel ayı üzrə xidmətlərdən yararlanmaq üçün 183 nəfər müraciət etmişdir. Müraciət edənlərin 103 nəfərinə telefon vasitəsi ilə, 50 nəfərinə elektron poçt və digər vasitələr ilə, 30 nəfərə isə fərdi qəbul vasitəsi ilə xidmətlər təşkil edilmişdir. Müraciət edənlərin 143 nəfəri hüquqi xidmətdən 40 nəfəri isə psixoloji dəstək xidmətindən yararlanmışdırlar.
Fəaliyyət çərçivəsində əldə edilmiş nəticələr barəsində ictimayyət mütəmadi olaraq məlumatlandırılacaqdır. Xidmətlərdən yararlanmaq istəyən benefesiarlar +99450 3008788 mobil nöməris (həmçinin Whats up), +99418 642-48-27 ofis nömərsi ilə əlaqə yarada bilərlər. Bu nömrələr vasitəsi ilə benefesiarların ehtiyacları qiymətləndiriləcək və onlar ehtiyac duyduqları xidmətlərə yönəldiləcəkdirlər.