AFRİKADAN QOVULAN FRANSA NİYƏ CƏNUBİ QAFQAZA “SIĞINIR”?!..
...Paşenyanın oğlunu QHT-çilər yoxsa, Fransa oğurladı?!...
Afrikadan qovulan Fransa, Cənubi Qafqaza “sığınmağa” çalışır. Amma o, sığıntı olduğunu etiraf etmir. Min dona girir. Məqsədi regionda Azərbaycanın zəifləməsinə nail olmaqdır. Çünki Fransanı bu bölgədən əsas bloklayan ölkə məhz Azərbaycandır. Bunu etmək üçün Azərbaycanın tarixən və son otuz ildə yetərincə ciddi əsasları var.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Fransa ATƏT-in Minsk qrupu həmsədrliyinə cəlb ediləndə buna ilk qarşı çıxan ölkə Azərbaycan və mərhum Prezident Heydər Əliyev oldu. O, Fransanın həmin dövrdəki prezidenti Jak Şiraka bu prosesin Azərbaycanla gələcək münasibətlər üçün təhlükəli olduğunu söyləyir. Heydər Əliyev bildirir ki, Fransada erməni lobbisinin güclü olması onun narahatlığına ciddi əsasdır. Prezident Şirak səmimiyyəti üçün azərbaycanın siyasi rəhbərinə təşəkkür edir.
***
...İndi Azərbaycanla Fransa münasibətlərinə məhz həmin məqam yaşanır. Fransa-Azərbaycan münasibətləri erməni lobbisinin israrı tə tələbi ilə gərginləşdirilib. Bunu qarşılığında Fransa siyasi təzyiqlərlə üz-üzədir. Korsikadan, Cənubi Afrikadan qovuldu. Brüseldə azərbaycanla siyasi danışıqlara sülh tərəfdarı kimi buraxılmadı. Qarşıda gözlənilən növbəti görüşlərdə isə altı dövlətdən ən sonuncusudur. Bu durumuna rəğmən Fransa israrla Cənubi Qafqaza sarı sürünür. O, buna siyasi ehtiyacı yarandığı üçün deyil, regionun hegemonu kimi iddialıdır. Amma ölkənin siyasi rəhbərləri Cənubi Qafqazın Afrika və ya Korsika olmadığını unudur.
Anlamaq istəmir ki, qarşısında aciz Ermənistanla onun aciz lideri ola bilər, amma ATƏT-in Minsk qrupu həmsədri kimi Fransadan ədalət gözləyən aciz Azərbaycan və azərbaycanlı lider yoxdur. Azərbaycan tarixi ədalətsizliklərə son qoyan, öz ərazi bütövlüyünü qlobal dünyasız təmin etməyi bacaran, elə dünya və Cənubi Qafqaz üçün əhəmiyyətli ölkədir. Və Qarabağ qələbəsi ilə Azərbaycanın siyasi rəhbəri ğöz adını dünya liderləri sırasında, ən vacib yerə yazdı. Fransaya ATƏT-in Minsk qrupunun əsas həmsədləri olaraq deməyə heç bir sözü yoxdur. Bunu Prezident İlham Əliyev həmsədrlərlə Bakıdakı son görüşündə də axıq bildirib: “Paşinyan deyirdi ki, “Qarabağ Ermənistandır”. O, səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi. Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var”...
***
ATƏT-in Minsk qrupu həmsədri Fransaya gəlincə, bu ölkə hər zaman,
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü dəstəkləyib;
- Sülh danışıqlarına qarşı olub;
- Azərbaycanda çoxlu sayda kütləvi məzarlıq olmasına rəğmən, ölkənin adının BMT-nin Kütləvi Məzarlıqlar Xəritəsinə düşməsinə qarşı çıxıb.
Fransa,
-Müstəmləkəçi dövlətdir;
-Əlcəzairdə, Afrikada kütləvi qırğınlar törədib;
-İslamafob, türkəfob mövqe sərgiləyir;
-Cənubi Qafqaza müstəmləkçi kimi, tarixi obrazında girməyə çalışır.
***
...Fransa indi neft, qaz, böyük gəlir iddiasında olmadığını deyir. Ermənistana münasibətdə dünyanı ədalətli olmağa çağırır. Ancaq Azərbaycanla bağlı otuz ildə bir dəfə də belə fikir səsləndirməyib. Və əgər Fransa Ermənistana gerçək müttəfiqdirsə, son illərdə Azərbaycana 350 milyon avroluq silah-sursat və texniqi avadanlıq satmasına səbəb nə idi? Bəlkə Ermənistana olan “sevgisi”? Bəlkə Azərbaycana 157 milyonluq kosmik peyki də Fransa erməni “sevgisindən” satıb? Azərbaycanın Türkiyədən aldığı “Bayraktar” sistemlərinin idarə edilmə avadanlıqları bəlkə Fransa istehsalı deyil?
Fransanın para sevgisi və hegemonluq iddiası təbii ki, elə bu suallardan aydındır. Amma Ermənistanın siyasi rəhbərliyi anlamaq istəmir ki, onlar indi Fransanın qeyri-rəsmi müstəmləkəsi kimi davranır. Yeri gəlmişkən, Ermənustanda bunu istəməyənlər də var. Onlar bu məsələ ilə bağlı Ermənistanı daxildən silkələməyə çalışır. Məsələn, ölkənin bir qrup yerli vətəndaş cəmiyyəti təşkilatı hesab edir ki, Fransanın israrı ilə Ermənistana yerləşdirilən 350 nəfərlik sülhməramlı missiyaya güvənmək olmaz. Bu missiya Fransanın qeyri-rəsmi himayəsindədir. Erməni ekspertlər hesab edir ki, missiya əldə etdiyi məlumatları Aİ və Ermənistana paralel, üçüncü tərəfə də ötürür. Sual olunur, Fransanın israrı ilə Ermənistana yerləşdirilən yarımhərbi missiya Qarabağdan Fransayamı məlumat ötürür? Ayrıca, söhbət Azərbaycanın rəsmi dövlət ərazisi olan Qarabağla bağlı, hansı məlumatlardan gedir ki, onların ötürülmsəi proses məxfilik qrifi ilə icra olunur? Qeyd edək ki, bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşenyanın oğlunun qaçırılması faktına görə bir neçə QHT rəhbərinin ittiham olunmasını məhz Fransa ilə sektordakı fikirlərə bağlayanlar var. Başqa sözlə hesab edilir ki, gənc oğlanın qaçırılması elə dvltin özü tərəfindən təşkil və idarə olunub. Hədəf Fransanın ermənistana girişini əngəlləmək istəyən erməni QHT sektorunun gözünü qorxutmaqdır...
...Və bu məqamda qaradərili afrikalı gəncin, Fransanın xarici siyasəti haqda ədəbi dilə köçürdüyü bir neçə cümləni xatırlamaq da yerinə düşür... Doğulanda, böyüyəndə, günəşə çıxanda, qorxanda, xəstəykən, ölüm anında mən bir rəngdə, qara idim. Sən ağ uşaq! Doğulanda çəhrayı, böyüyəndə ağ, günəşə çıxanda qırmızı, üşüyəndə bənövşəyi, qorxanda sarı, xəstəlikdə yaşıl, ölnədə boz oldun! Və sən hər kəsə qarasan deyib, öldürməyi, işğal etməyi seçdin! Bir gün bunun sonu gələcək!..
İndi bəlkə də Fransa Cənubi Qafqaz həmləsində həmin sonu yaşayır. Çünki Azərbaycan Fransanın Cənubi Qafqaza sığınmasının da Ermənistanı təhdid altında saxlanmasının da qarşısını alacaq. Cənubi Qafqazda böyük sülh mütləq bərqərar olmalı, Azərbaycan iki yüz ildə başına gətirilən tarixi ədalətsizliklərdən birdəfəlik qurtulmalıdır. Bunun üçün gərəksə Fransanın Azərbaycandakı aktivləri dondurulacaq. Azərbaycan, özünün sifarişi ilə həyata keçirilən mühim layihələrdə Fransanın iştirakına yol verməyəcək. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığı məsələsinə yenidən baxacaq. Fransanın tarixi müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə hərbi cinayətləri beynəlxalq məhkəmələrə çıaxarılacaq. Çünki dünya indi yurdda sülh, cahanda sülh dəstəkçisidir. Və modern türk-müsəlman dövləti kimi, Azərbaycanın bu sisdemdə, Cənubi Qafqaz cinahında mühim yeri var.
Jalə Mütəllimova
23.05.2023.












