Bir çox humanoidlərdən fərqli olaraq, insana bənzər hərəkətləri yenidən yaratmaq üçün sintetik əzələlərdən istifadə edir.

QHT.az xəbər verir ki, Polşanın Clone Robotics şirkəti insanabənzər Protoclone robotunun sınaqlarını nümayiş etdirib. “Dünyada ilk dayaq-hərəkət sisteminə malik ikiayaqlı android” adlandırılan robot, polimer skelet və hidravlik maye ilə doldurulmuş 1000-dən çox süni əzələdən ibarətdir. Robot dörd dərinlik kamerası, 70 ətalət sensoru və 320 təzyiq sensoru ilə təchiz edilib. İnsanları müşahidə edərək yeni hərəkətləri öyrənə bilir.

 

Clone Robotics gələcəkdə Protoclone-un ev işləri və digər gündəlik tapşırıqları yerinə yetirən kommersiya androidlərinə çevriləcəyini ümid edir. İlkin sifarişlərin 2025-ci ildə açılacağı gözlənilir.

 

 

Pərvanə Fərhadqızı