Çinli və Amerikalı tədqiqatçılar qrupu Marsın səthinin altında gizli qaya təbəqələrini aşkar ediblər.

QHT.az xəbər verir ki, yeni araşdırmaya görə, Marsda bir zamanlar günəşli çimərliklər və qədim okean dalğaları olub. Tədqiqatda Çin və Amerika alimləri Marsın səthinin altında qədim şimal okeanının mövcudluğunu sübut edən qaya təbəqələri aşkar ediblər. Penn Ştat Universitetindən geoloq Benjamin Cardenas bildirib ki, bu tapıntılar Marsda mikrob həyatı üçün əlverişli şərtlərin mövcud ola biləcəyini göstərir. Berkli Universitetindən professor Maykl Manqanın sözlərinə görə, tədqiqat Marsda qədim çaylar və sahil çöküntüləri izlərinin mövcudluğunu təsdiqləyib.

Avstraliyalı planetoloq Aaron Kavosi isə qeyd edib ki, bu araşdırma Marsda suyun tarixi ilə bağlı mühüm töhfə verir.

 

R.İmanov