Polşa Respublikasının paytaxtı Varşava şəhərində "Türk dünyası araşdırmaları - multidissiplinar perspektivlər" adlı VI Beynəlxalq Türkologiya Konqresi təşkil edilmişdir. Konqres çərçivəsində  təşkil edilmiş çoxsaylı panellərdə Azərbaycandan olan alimlər də iştirak etmişdirlər.   
 

QHT.az xəbər verir ki, Konqres çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunmuş panelin keçirilməsi ilə yanaşı “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərgi də təşkil edilmişdir. Sərgidə Şuşa şəhərinin taixini əks etdirən qədim şəkillər, tarixi abidələr, Şuşadan çıxmış məhşurların şəkilləri və onlar haqqında məlumatlar bir neçə dildə dünyanın 16 ölkəsindən gəlmiş iştirakçılara və yerli alimlərə təqdim edilmişdi. Sərgi böyük marağa səbəb olmuş, suallar cavablandırılmışdır. Konqresin I gününün sonunda iştirakçılar üçün  Azərbaycandan dəvət edilmiş Muğam üçlüyünün konserti də təşkil edilmişdir. 


 “Şuşa paneli”nin və onun tərkibində “Qafqazın konservatoriyası: Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı sərginin təşkili Gəncə Regional Qadın Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadənin konqresdə iştirakı Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyinin “Səfər Qrantı” çərçivəsində maliyyələşdirilmişdir.