Polşada güclü qiymət artımı fonunda mağazalarda oğurluq hallarının sayı artıb. 

QHT.az xəbər verir ki, bu ilin birinci yarısında oğurluq hadisələrinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Nəşrin fikrincə, cinayətkarlığın artması iqtisadi böhran və inflyasiya ilə bağlıdır.

Şimal yarımkürəsinin bir sıra ölkələrində anomal istilər və Rusiyanın taxıl sazişindən çıxmasından sonra təchizatla bağlı çətinliklər olub. İndeksin artması hələ də yüksək olan ərzaq inflyasiya səviyyəsi üçün yeni riskə çevrilir, ekspertlər belə qənaətə gəliblər.

 

Pərvanə Fərhadqızı