Ukraynanın Rovno vilayətində neft anbarı partlayıb, yerli hakimiyyət orqanları məlumat yayıb.

QHT.az xəbər verir ki, Rovno vilayətinin Dubenski rayonunda neft anbarı dağıdılıb. Bölgə dronların kütləvi hücumu ilə üz-üzədir.

Gecə saatlarında bölgədə bir neçə dəfə hava hücumu xəbərdarlığı elan edilib. Cümə axşamı gecəsi Xmelnitski, Çerniqov və Kiyev vilayətlərində də partlayış səsləri eşidilib.

 

Pərvanə Fərhadqızı