Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya xaricdə bir sıra ölkələrdə nüvə enerjisinin sıfırdan yaradılmasına kömək edir.

QHT.az xəbər verir ki, dövlət başçısı vurğulayıb ki, Rusiya nüvə texnologiyası sahəsində dünya lideridir: "Bizim yardımımızla xarici ölkələrdə praktiki olaraq sıfırdan nüvə enerjisi yaradılır, bütöv bir sənaye yaradılır, mütəxəssislər hazırlanır, ən sərt ekoloji standartlara uyğun olaraq zəruri infrastruktur inkişaf etdirilir". 

Putin həmçinin qeyd edib ki, “bu gün Rosatom yeddi ölkədə 22 enerji bloku tikir”.