Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinn və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə avqust ayının 1-dən "Qadın sahibkarlığının inkişafı mövzusunda tədbirlərin təşkili" layihəsinə start verilib.
Bu haqda Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Zülfiyyə Nuriyeva QHT.az- a bildirib. O, qeyd edib ki, layihə çərçivəsində Quba və Xaçmaz rayonlarında ümumi 50 qadını əhatə edəcək təlimlər baş tutacaq: “Təlimlərə cəlb ediləcək iştirakçılar həssas əhali qrupunun üzvləri olmaqla, aztəminatlı ailə üzvlərinin özünəməşğulluq proqramına aktiv cəlb edilməsini təşviq etmək layihənin əsas məqsədidir”.
Pərvanə Fərhadqızı












