Hil ədviyyatı bütün dünyada mətbəxdə istifadə olunur. Ancaq bir çoxumuz bu ədviyyatı olduqca az istifadə edirik.

QHT.az xəbər verir ki, Meksikadakı Milli Sağlamlıq Elmləri və Qidalanma İnstitutunun yeni araşdırmasının nəticələri göstərir ki, hili pəhrizimizə əlavə etmək yaxşı olar. Bu ədviyyatın iştahı və qida qəbulunu artırarkən kalori yandıra və bədən çəkisini azaldaca biləcəyini aşkarladılar. Bədən yağının azalması ilə yanaşı, həmçinin əzələ kütləsinin artmasına da səbəb olur, hüceyrənin ümumi enerjisini artırır.

Azərbaycanda bu bitgi şirniyyat hazırlananda yada düşür. Amma bu bitgi dərman vasitəsi kimi istifadə olunur. Hil toxumu yeməklərə, çaya, qəhvələrə qatılaraq istifadə edilir. Hil çayının əsəb sakitləşdirici xüsusiyyəti var.  Yatmazdan 1 saat əvvəl içmək, dərin yuxunun əmələ gəlməsinə səbəb olur.

 

Pərvanə Fərhadqızı