Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində BDU-nun Qazax filialında maarifləndirici seminar təşkil olunub.
QHT.az xəbər verir ki, “Təmas” RİİB-in“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri və layihə eksperti Südabə Məmmədova tədbirdə çıxış edərək tələbələrə məişət zorakılığı və insan alverinin mahiyyəti, bu problemlərin cəmiyyət üçün doğurduğu sosial-iqtisadi nəticələr, həmçinin mövcud mübarizə və müdafiə mexanizmləri barədə ətraflı məlumat verib.
Seminar iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi gənclərin məlumatlılığını artırmaq və cəmiyyətin bu istiqamətdə mübarizə potensialını gücləndirmək olub.
Pərvanə Fərhadqızı












