İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) növbəti seminarını elan edib. 27 sentyabr tarixində “İslam bank sistemində risklər” mövzusunda hibrid formatda (əyani və onlayn) seminar keçiriləcək.

QHT.az xəbər verir ki, təlimçi kimi SER-in eksperti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elsevər Quliyev çıxış edəcək. O, həmçinin CIMA – Diploma in Islamic Finance sertifikatına sahibdir.

Tarix: 27 sentyabr
Saat: 11:00
Format: Hibrid (əyani/onlayn)
Ödəniş: 12 AZN

Seminarda iştirak üçün şərh bölməsinə “+” işarəsi yazmaq və ya təşkilatın rəsmi sosial şəbəkə hesablarına DM göndərmək kifayətdir.