Mərkəzi Amerika ölkəsi Qvatemalada keçirilən seçkilərin ikinci turunda 59 faiz səs toplayan Bernardo Arevalo ölkənin yeni prezidenti olub.
QHT.az xəbər verir ki, Solçu Bernardo Arevalo rəqibi, keçmiş birinci xanım Sandra Torresin 36 faizinə qarşı 59 faiz böyük səslə seçkilərdə qalib gəlib. Qvatemalalıların artıq ümidləri olduğunu vurğulayan Arevalo, "Ölkəmizdə ümidin canlanmasını küçələrdə qeyd edirik" dedi. Keçmiş prezident Alejandro Giammatteinin onu təbrik etmək üçün zəng etdiyini bildirən Arevalo, keçid planı üçün təqvim hazırlamağa razılaşdıqlarını söylədi.
Nəticələr məlum olduqdan sonra Bernardo Arevalonun tərəfdarları küçələrə çıxaraq bayram ediblər. Konvoy təşkil edərək küçələri gəzən qvatemalalılar meydanlara enərək şüarlar səsləndirərək seçki qələbəsini qeyd ediblər.
Pərvanə Fərhadqızı












